CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubada nəzarət tədbirləri gücləndirilib

© AR Ministry of Internal AffairsProfilaktik söhbət
Profilaktik söhbət - Sputnik Azərbaycan
Abunə olmaq
Polis əməkdaşları vətəndaşlarla profilaktik söhbətlər apararaq, onlara xüsusi rejim qaydalarına riayət etməyə çağırıblar.

BAKI, 2 aprel — Sputnik. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirilirlər. Polis əməkdaşları vətəndaşlarla profilaktik söhbətlər apararaq, onlara xüsusi rejim qaydalarına riayət etməyə çağırıblar.

Lakin keçirilən tədbirlər zamanı edilən xəbərdaqlıqlara məhəl qoymayan şəxslər də aşkarlanıb. Onlar arasında günün gündüz və gücə vaxtlarında elan edilmiş bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətləri pozanlar da var. Həmin şəxslər barəsində RPŞ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə ediliblər.

Xəbər lenti
0