BAKI, 2 aprel - Sputnik. "Biz 5 min insanı karantinə toplayıb, ərzaqla təmin etməyə hazır deyildik".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib. O deyib ki, imkan daxilində bütün addımlar atılır: "Bu, böyük vəsait, əziyyət tələb edir. Karantin istirahət mərkəzi deyil. Əsas məqsəd insanlarımızın sağlamlığını qorumaqdır. Sərhədləri açıb, insanları ölkəyə buraxmaq əhalinin sağlamlığı üçün təhlükəlidir".