Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

© Sputnik / Aleksandr Imedashvili / Mediabanka keçidМашина медицинской скорой помощи на улице Тбилиси.
Машина медицинской скорой помощи на улице Тбилиси. - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı bütün ölkədə karantin rejimi tətbiq olunub. Qərar 31 mart 08:00 radələrində qüvvəyə minib.

BAKI, 2 aprel — Sputnik. Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 130-a çatıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə məlumat "StopCov" saytında yerləşdirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında virusa yoluxanların sayı 117 idi. Gürcüstanda bu virusa yoluxan 26 nəfər sağalıb. Daha 5 437 şəxs karantində saxlanılır, 260 nəfər isə həkimlərin nəzarətindədir.

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı bütün ölkədə karantin rejimi tətbiq olunub. Qərar 31 mart 08:00 radələrində qüvvəyə minib. 21:00-dan 06:00-a qədər karantin rejimi tətbiq olunub.

Bundan əlavə, ölkədə ictimai nəqliyyat, metro öz işini dayandırıb.

Küçəyə çıxan bütün vətəndaşların üzərlərində şəxsiyyət vəsiqələri olmalıdır. Bütün şəxslər, xüsusilə yaşlı vətəndaşlar zərurət olacağı halda evdən çıxmalıdırlar.

Xəbər lenti
0