CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qərargah: Evdən çıxmaq üçün xüsusi sənəd hazırlanır

© Sputnik / Murad OrujovВоеннослужащие внутренних войск и полицейские на центральных улицах в Баку
Военнослужащие внутренних войск и полицейские на центральных улицах в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Sənəddə vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydaları və nəzarət mexanizmi öz əksini tapacaq"

BAKI, 2 aprel — Sputnik. "Vətəndaşların icazə ilə çölə çıxması ilə bağlı sənəd hazırlanır, yaxın vaxtlarda açıqlanacaq". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, həmin sənəd hələlik təsdiqlənməyib: "Bu mexanizm üzərində iş gedir, yaxın saatlarda təsdiqlənəcək. Hələlik sənəd hazır olmadığından bu sənəd barədə məlumat vermirik. Sənəddə vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydaları və nəzarət mexanizmi öz əksini tapacaq".

Xəbər lenti
0