İbrahim Məmmədov: "Azərbaycanda fövqəladə vəziyyət elan oluna bilər"

© Sputnik / Murad OrujovОпустевшая улица Низами в Баку
Опустевшая улица Низами в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Məmmədov qeyd edib ki, əgər bu hal davam edərsə, fövqəladə vəziyyət elan oluna bilər: "Biz çalışmalıyıq ki, yoluxma halları artmasın".

BAKI, 2 aprel — Sputnik. Azərbaycanda fövqəladə hal elan oluna bilər. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, pandemiya ilə bağlı vəziyyət yaxşı deyil:

"Ölkədə yayılma halları var. Xüsusi karantin qərarı elan olunub. Amma buna baxmayaraq yoluxma halları sağalma sayından çoxdur. Buna görə də əhalini evdə oturmağa səsləyirik. Çünki cəmi 26 nəfər sağalıb, amma yoluxma halı 300-dən artıqdır".

İ.Məmmədov qeyd edib ki, əgər bu hal davam edərsə, fövqəladə vəziyyət elan oluna bilər: "Biz çalışmalıyıq ki, yoluxma halları artmasın".

Xəbər lenti
0