CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yumor festivalı teleefirə çıxır - VİDEO

© pixabay / mohamed_hassanМужчина смотрит телевизор, фото из архива
Мужчина смотрит телевизор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"İnsanlara evdə darıxmağa imkan verməyən məhz yumordur. Biz bununla kifayətlənmirik. Yaxın zamanda yeni layihələrimizi təqdim edəcəyik"

BAKI, 1 aprel — Sputnik. Bu gündən etibarən hər həftə ATV kanalında ŞHK (KVN) konsertləri nümayiş olunacaq. İlk efir Ümumdünya gülüş günü saat 23:20-də yayımlanacaq.

Şən və Hazırcavablar Klubunun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oyunlar və çəkiliş ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsindən əvvəl aparılıb.

Liqanın 2-ci sezonu 2019-cu ilin dekabrında başlayıb. Komandalar yarımfinallara qədər çatıblar, lakin yarımfinal yaranan situasiya ilə bağlı qeyri-müəyyən zamana təxirə salınıb. Beləliklə, tamaşaçılar komandaların festivalını, səkkizdəbir və dörddəbir final mərhələlərini izləyə biləcəklər.

İkinci mövsüm Azərbaycan KVN səhnəsində debütantlara da özlərini göstərməyə imkan yaradıb.

Komandalar arasında Yeddi Gözəl (Bakı Musiqi Akademiyası), Genezis (Azərbaycan Texniki Universiteti), Baksovet Uşaqları (ADİU), Fəhlələr (Bakı Mühəndislər), PaparAzii (ADNSU), Park Cinema, ASAN, Bir Show (Bir Könüllü təşkilatı), Ən Salamat (İdman Akademiyası), Bakılılar (Bakı kəndləri), Paxlava Team, 3G – Gəlin, Gülün, Gedin var.

Azərbaycan televiziya liqasının oyunlarında tanınmış media adamları jüri qismində iştirak ediblər. Onların arasında Roza Zərgərli, Erkin Ergin, Elcan Rəsulov, Eduard Məmmədov, Vado Korovin, aparıcı Elməddin Cəfərov və Azərbaycan KVN-in rəhbəri Rəşad Əzizov var.

"Çox az adam bilir ki, mənim ilk səhnəm məhz KVN səhnəsi olub. Mən, Gəncə şəhərində fəaliyyət göstərən" Ledi Ç" adlı komandanın üzvü olmuşam. Məşhurlaşmış KVN-in yeni nəslinə baxmaq mənim üçün hər zaman şad bir hissdir", - deyə Roza Zərgərli bildirib.

Vado Korovin isə KVN-in gənclərin öz potensialını göstərə biləcək bir platforma olduğunu deyib.

KVN televiziya liqasının direktoru Hüseynəli Şahverdiyev KVN oyunlarının efirini karantində baş verən ən gözəl hadisə kimi qiymətləndirib: "İnsanlara evdə darıxmağa imkan verməyən məhz yumordur. Biz bununla kifayətlənmirik. Yaxın zamanda yeni layihələrimizi təqdim edəcəyik".

Xəbər lenti
0