BAKI, 1 aprel — Sputnik, Kəmalə Əliyeva. Azərbaycan idmançısı Samirə Mustafayevanın və onun həyat yoldaşı Nikolay Kondratyukun biznesi Moskva və Amerikada çətin günlər yaşayırlar.
Sputnik Azərbaycan-ın məlumatına görə, gimnast "Instagram" sosial şəbəkəsindəki səhifəsində etiraf edib ki, koronavirus pandemiyası ilə əlaqədar Rusiya və ABŞ-da elan edilmiş karantin sayəsində onun stretçinq studiyasına getmək istəyənlərin sayı 70% azalıb. Mustafayeva onları müvəqqəti olaraq bağlamaq məcburiyyətində qaldığını bildirib. Bütün bunlara görə o, həyat yoldaşı ilə birlikdə yeni studiyalardakı təmir işlərini də dayandırıb.
Посмотреть эту публикацию в Instagram
https://www.instagram.com/samira__mustafaeva/channel/?utm_source=ig_embed
İdmançı indi ödənişli əsaslarla öz məşğələlərini və master-klasslarını onlayn keçirir. Onların proqramlarına istənilən ölkədən arzu edən şəxslər yazıla bilərlər. Mustafayeva evdə idmanla məşğul olmağı məsləhət görür ki, orqanizm daha da möhkəmlənsin və müxtəlif viruslarla mübarizə apara bilsin.
Azərbaycanlı idmançı Samirə Mustafayeva komanda birinciliyində dəfələrlə dünya çempionatının mükafatçısı, Sankt-Peterburqun mütləq çempionu, Rusiya idman ustası, FIG versiyasına görə, dünya səviyyəli gimnastdır.
Azərbaycan yığmasında çıxış edib, daha sonra Rusiya yığmasının tərkibinə qatılıb. Karyerasını 2013-cü ildə başa vurub və hazırda Moskvada yaşayır. 2019-cu ildə Mustafayeva rusiyalı biznesmen Nikolay Kondratyuka ərə gedib.