BAKI, 1 aprel — Sputnik. Fövqəladə Hallar Nazirliyi koronavirus təhlükəsi ilə bağlı fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə xarakterli sosial çarx hazırlayıb.
Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində Fövqəladə Hallar Nazirliyi, bir daha, koronavirus infeksiyasından həm özünüzün, həm də yaxınlarınızın qorunması üçün mütləq qaydada fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir.