Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Elektrik enerjisindən güzəştli istifadə limiti artırılacaq

© AFP 2024 / INA FASSBENDERЭлектрический счетчик, фото из архива
Электрический счетчик, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpikdir

BAKI, 1 aprel — Sputnik. Azərbaycanda əhali qrupu üzrə elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kVt-saat həcmində müddətli artırılması nəzərdə tutulur.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən hazırlanmış "Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı"тda əksini tapıb.

Qeyd edək ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpikdir. Beləliklə, yeni proqramda bu limitin müddətli 400 kVt-saatadək artırılması nəzərdə tutulur.

Xəbər lenti
0