BAKI, 1 aprel — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni yaradılan Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəhbər təyinatı olub.
Nazirliyin mətbuat katibi İradə İbrahimova Sputnik Azərbaycan-a bildirib ki, Mirsalam Qənbərov Agentliyin idarə heyətinin sədri təyin edilib: "Bu təyinata qədər o, Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi olub. M.Qənbərov 2001-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır".