BAKI, 1 aprel — Sputnik. Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, komitə sədri Siyavuş Novruzov gündəlikdə iki məsələnin olduğunu bildirib. Birincisi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, ikinci isə "Bələdiyyələrin su təsərrüfatı haqqında" qanuna dəyişiklik edilməsidir.
Komitə sədri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında fikirlərini bildirdikdən sonra Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Vilayət Zahirovun məsələ ilə bağlı məlumatları dinlənilib.
İclasdan sonra "Bələdiyyələrin su təsərrüfatı haqqında" qanuna dəyişiklik müzakirəyə təqdim edilib.
Fikir mübadiləsindən sonra hər iki məsələ Milli Məclisin müzakirəsinə tövsiyə edilib.