CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qürbətdəki bakılı tələbənin əvəzinə siçanlar bayram etdi - FOTO

© Photo : Courtesy of Aliyeva MehparaBayram sovqatı
Bayram sovqatı - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu dəfə göndərdiyim bağlama düz 40 gün gecikib. Oğlum sovqatı dünən alıb. Sovqatın üzərinə poçtdan alanda qara sellofan keçirildiyindən, bağlamanın deşildiyini görməyib"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 aprel — Sputnik. Bakı sakininin oğluna göndərdiyi bayram sovqatı siçanlara yem olub. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Əliyeva Mehparə Vəli qızı bildirib ki, Novruz bayramında oğluna bayram sovqatı hazırlayıb. Həmin sovqatı Azərpoçt vasitəsilə fevralın 27-də Estoniyada təhsil alan oğluna, Həsənov Turqay Abbas oğluna göndərib: "İllərdir ki, mən oğluma sovqat göndərirəm. Həmişə 5-6 günə oğlum alırdı. Bu dəfə isə göndərdiyim bağlama düz 40 gün gecikib. Oğlum sovqatı dünən alıb. Sovqatın üzərinə poçtdan alanda qara sellofan keçirildiyindən, bağlamanın deşildiyini görməyib. Açanda görüb ki, içərisindəki qoğal-şəkərburanı siçanlar qab qarışıq yeyiblər".

© Photo : Courtesy of Aliyeva Mehpara
Bakı sakininin oğluna göndərdiyi bayram sovqatı siçanlara yem oldu - Sputnik Azərbaycan
1/4
Bakı sakininin oğluna göndərdiyi bayram sovqatı siçanlara yem oldu
© Photo : Courtesy of Aliyeva Mehpara
Bakı sakininin oğluna göndərdiyi bayram sovqatı siçanlara yem oldu - Sputnik Azərbaycan
2/4
Bakı sakininin oğluna göndərdiyi bayram sovqatı siçanlara yem oldu
© Photo : Courtesy of Aliyeva Mehpara
Bakı sakininin oğluna göndərdiyi bayram sovqatı siçanlara yem oldu - Sputnik Azərbaycan
3/4
Bakı sakininin oğluna göndərdiyi bayram sovqatı siçanlara yem oldu
© Photo : Courtesy of Aliyeva Mehpara
Mehparə Əliyevanın oğluna göndərdiyi bayram sovqatının qəbzi - Sputnik Azərbaycan
4/4
Mehparə Əliyevanın oğluna göndərdiyi bayram sovqatının qəbzi
1/4
Bakı sakininin oğluna göndərdiyi bayram sovqatı siçanlara yem oldu
2/4
Bakı sakininin oğluna göndərdiyi bayram sovqatı siçanlara yem oldu
3/4
Bakı sakininin oğluna göndərdiyi bayram sovqatı siçanlara yem oldu
4/4
Mehparə Əliyevanın oğluna göndərdiyi bayram sovqatının qəbzi

M.Əliyeva deyir ki, o, Yeni Günəşli qəsəbəsi "D" massivində yaşayır. Bağlamanı da ərazi üzrə poçtdan göndərib. Bağlamaya görə Azərpoçta 54 manat 10 qəpik ödəyib. Amma bağlamaya görə dəyən ziyan onlara ödənilməyib: "Həm ödədiyim məbləği itirdim, həmçinin də zəhmətlə oğluma hazırladığım sovqatlar çatmadı. Siçanlar bayram sovqatının qoyulduğu plastik qabı da gəmirərək yeyiblər".

Sputnik Azərbaycan Bakı sakinin oğluna göndərdiyi bayram sovqatına görə ona dəyən ziyanın araşdırılması ilə bağlı Azərpoçt MMC-yə müraciət edib. Qurumdan bildiriblər ki, bağlamanın izləmə kodu vasitəsilə məsələ tezliklə araşdırılacaq.

Xəbər lenti
0