Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 1 aprel — Sputnik. Yaşadığımız qlobal proseslər təbii təhdidləri yaradmaqla yanaşı sahələrin qarşısında yeni fəaliyyət formatların müəyyən etməsini tələb edir. Sputnik Azərbaycan xəbər verir ki, Mədəniyyət Nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi də öz vəzifə funksiyalarının icrasını yeni formatda davam etdirməkdədir.
Hazırda müxtəlif sahələr üzrə ixtisaslaşmış müəssisələrin fəaliyyətində fasilələrin yaranmaması və lazımi işgüzar mühitin dəstəklənməsi məqsədilə vəzifə xidmətlərinin yerinə yetirilməsində yeni təhlükəsiz formatların axtarışı aktuallıq kəsb edir.
Yaranmış mürəkkəb vəziyyəti nəzərə alaraq, həmçinin Mədəniyyət Nazirliyin mədəniyyət müəssisələrinin fəaliyyətinin səmərəli təşkili haqqında müvafiq əmrin icrası məqsədilə Mərkəz öz metodiki vəzifələrinin icrası çərçivəsində Nazirliyin və Mərkəzin rəsmi internet resurslar üzrərində "Elektron Mədəni Konsaltinq xidmətləri" (EMK) adlı yeni layihəsini təqdim edir. Bu haqda Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. EMK xidmətlər çərçivəsində Mərkəz məsafəli iş rejimində müxtəlif səpkili onlayn layihələri reallaşdırmaq niyyətindədir.
Artıq bir neçə təşəbbüs, o cümlədən "Metodiki tövsiyələrin elektron təqdimatı", mədəniyyət təzahürlərin açıq müzakirəsi və s. layihələr reallaşdırılıb. Eyni zamanda Mərkəzin əməkdaşları "Evdə qal! Evdə Yarat!" kimi sosial çağrışlara həsr olunmuş müxtəlif televiziya kanalların verilişlərində çıxış edir.
Bundan sonra da Mərkəz tərəfindən onlayn rejimində müxtəlif profilli mədəniyyət müəssisələrin fəaliyyətinə dair metodiki məsləhətləşmələr, konkret mövzulara həsr olunmuş mühazirələr, o cümlədən tanınmış alimlərin mühazirələri, mədəni konsaltinq, ixtisasartırma mühazirləri, gənc mədəniyyət işçiləri ilə açıq müzakirələr, böhran vəziyyətlərdə mədəniyyət müəssisələrinin idarə olunması üzrə məsləhətərin təqdim edilməsi də nəzərdə tutulur.
Belə ki, muzey, mədəniyyət evləri, kitabxana, rəsm qalereyaları və digər mövzularını əhatə edərək, Mərkəzin əməkdaşları konkret vəzifələrin icrası, kreativ təfəkkür, səriştə və yanaşmalarla bağlı elektron layihəyə fəal qoşularaq öz bilik və bacarıqlarını birüzə vermək imkanı qazanacaqlar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük" sözlərini şüar edərək, Mərkəz öncədən təqdim olunacaq cədvələ uyğun olaraq müəssisənin rəsmi internet saytı, "Facebook", "Instagram" səhifələri, "Twitter", "Telegram" və "Youtube" kanal vasitəsilə istifadəçilərə sözügedən layihələri təqdim edəcək.