Daxili İşlər Nazirliyi (DİN) karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı əhaliyə müraciət edib.
Nazirlikdən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, DİN-in şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində xidmət aparır.
Vətəndaşlardan bir daha tələb olunur ki, evdən (mənzildən) yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən mağazalara və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə çıxsınlar.