CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda xəttə 18 metrlik avtobuslar buraxıldı – Ekspress daşımalar həyata keçirəcək

© Baku Transport AgencyАвтобус BakuBus
Автобус BakuBus - Sputnik Azərbaycan
Abunə olmaq
Məqsəd, ilk növbədə həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə, xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən xəttə 18 metrlik avtobuslar buraxılıb. Sputnik Azərbaycan-a bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev məlumat verib.

O, bildirib ki, 18 metrlik avtobuslar M3 Ekspress xətti üzrə fəaliyyət göstərəcək. M. Ağayevin sözlərinə görə, xüsusi karantin rejimin gücləndirilməsi işləri çərçivəsində metro stansiyaların fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar, Bakı Nəqliyyat Agentliyi tərəfindən 5 əlavə xüsusi ekspress marşrut xətləri təşkil edilib. "Koroğlu" metrostansiyası - "28 May" metrostansiya istiqamətində daşımalar BMC Procity (18 metrlik) avtobuslarla həyata keçirilir. Qurum səlahiyyətlisi bildirib ki, məqsəd, ilk növbədə həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir.

Təşkil edilən marşrutlar xəstəxanalar və karantin obyektlərini, eyni zamanda digər zəruri əraziləri əlaqələndirəcək. Marşrutlar üzrə "BakuBus" MMC-nin istismarında olan avtobuslar cəlb edilib. M3, M4, M5, M6 və M7 ekspress xətti üzrə avtobuslar 30 martdan xidmətə başlayıb. Ekspress xətt üzrə avtobuslar müəyyən edilmiş dayanacaqlarda dayanacaq və sərnişin tələbatına uyğun interval ilə xidmət göstərir.

Xəbər lenti
0