CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yoluxma dinamikası gündəlik artır – Operativ Qərargah

© Sputnik / Murad OrujovПрохожие в медицинских масках на улице в Баку, фото из архива
Прохожие в медицинских масках на улице в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əhalinin xüsusi rejimə əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çölə çıxmaları, ictimai nəqliyyatda karantin dövrünün tələblərinə tabe olmamaları xəstəliyin artım dinamikasına səbəb olub

BAKI, 31 mart — Sputnik. Azərbaycan hökuməti tərəfindən görülən preventiv tədbirlərə baxmayaraq xəstəliyin ölkə ərazisində yayılması müşahidə edilir.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, hazırda Azərbaycanda virusa yoluxma dinamikası gündəlik artmaqdadır.

"Təəssüflə bildiririk ki, xəstəliyin bu artım dinamikasına virusun aqressiv və yoluxma sürətinin yüksək olması ilə yanaşı, əhalinin əksər hissənin xüsusi rejim qaydalarının tələblərinə əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çölə çıxmaları, ictimai nəqliyyatda karantin dövrünün tələblərinə tabe olmamaları və digər mövcud qaydalara əməl etməmələri səbəb olmuşdur", deyə məlumatda vurğulanıb.

Xəbər lenti
0