Ölkəmiz dronla dezinfeksiya olunacaq

© REUTERS / JOSE LUIS SAAVEDRAДрон с дезинфицирующим веществом
Дрон с дезинфицирующим веществом - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda "COVID-19" pandemiyasının yayıldığı Çin, İtaliya, Fransa, İspaniya, Tayvan və digər ölkələrdə dronlardan dezinfeksiya işlərinin aparılmasında geniş istifadə olunur

BAKI, 31 mart — Sputnik. Azərbaycanda ərazilərin dezinfeksiya edilməsində drondan istifadə olunacaq

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan "Elm və Texnologiyalar Parkı" MMC tərəfindən kənd təsərrüfatı sahələrinin dərmanlanması üçün hazırlanmış "Agrodrone" adlı dron yeni tip koronavirusa (COVID-19) qarşı dezinfeksiya işlərinin aparılmasına uyğunlaşdırılıb. Sputnik Azərbaycan-a AMEA-dan verilən məlumata görə, belə ki, drona quraşdırılmış çənlər və püskürtmə sistemi dezinfeksiyaedici məhlulu müəyyən hündürlükdən təyin edilmiş əraziyə çiləməyə imkan verir.

Sistemin inteqratoru AMEA-nın Yüksək Texnologiyalar Parkının digər rezidenti olan "Azeltech" MMC şirkətidir.

Qeyd edək ki, hazırda  "COVID-19" pandemiyasının yayıldığı Çin, İtaliya, Fransa, İspaniya, Tayvan və digər ölkələrdə dronlardan dezinfeksiya işlərinin aparılmasında geniş istifadə olunur.

Xəbər lenti
0