CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə karantin rejimini pozan obyektlər aşkarlanıb

© Sputnik / Rahim MuradovАвтомобиль ППС, фото из архива
Автомобиль ППС, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Daha sonra həmin şəxslər ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

BAKI, 31 mart — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, gücləndirilmiş iş rejimində xidmət aparan polis əməkdaşları mütəmadi olaraq şəhər ərazisində həm xidməti avtobillərlə şəhər əhalisinə səslənərək həm də fərdi qaydada sahibkarlar və vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejiminin tələblərinə riayyət etməyə dəvət edir.

Əfsuslar olsun görülən bu tədbirlərə baxmayaraq bəzi sahibkarlar polis əməkdaşlarının bütün tədbirlərinə baxmayaraq fəaliyyətlərini davam etdirməyə çalışırlar. Belə ki, Baş İdarə əməkdaşlarının şəhərin müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinib. Sonuncu belə reyd zamanı 2 bərbərxana, 1 gözəllik salonu, 1 ətir mağazası və 1 kafe aşkarlanıb. Aşkarlanan iaşə obyektlərinin sahiblərinə inzibati protokol tərtib edilərək obyektin bağlanması təmin edilib.

Bundan başqa davam etdirilən reyd zamanı yeniyetmə və gənclərin 10 nəfərdən artıq qrup halında toplaşaraq futbol oynaması da müəyyən olunub. Polis əməkdaşları onlarla profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür. Daha sonra həmin şəxslər ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

Xəbər lenti
0