Bu ölkədə karantin hələ bundan sonra ən azı iki ay da artırılacaq

© REUTERS / VALENTYN OGIRENKOСитуация в связи с эпидемиологической обстановкой на Украине
Ситуация в связи с эпидемиологической обстановкой на Украине - Sputnik Azərbaycan
Abunə olmaq
Ən son məlumatlara görə, Ukraynada koronavirusa yoluxanların sayı artıq 548-ə çatıb, onlardan 13-ü ölüb.

BAKI, 31 mart — Sputnik. Ukraynanın Daxili İşlər naziri Arsen Avakov ölkədə elan olunan karantin müddətinin nə vaxta qədər davam edəcəyini açıqlayıb. Bu barədə Sputnik Azərbaycan "strana.ua"-ya istinadən xəbər verir.

O xatırladıb ki, ölkədə karantin tədbirləri aprelin 24-nə qədər uzadılıb: "Lakin Ukrayna və Avropada virusun yayılması nəzərə alındıqda karantin iki aydan tez bir zamanda aradan qaldırılmayacaq".

Avakov, karantinin başqa ölkələrdə uzanacağına əminliyini bildirib.

Ən son məlumatlara görə, Ukraynada koronavirusa yoluxanların sayı 548-ə çatıb, onlardan 13-ü ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 770 min nəfəri keçib, 36 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını "COVID-19" qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0