CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mədəni karantin: İndi pulun əhəmiyyəti qalmadı, əsas odur, vaxt getsin

© pixabay / marybettiniblankСцена театра, фото из архива
Сцена театра, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkədə bir sıra teatrlar fəaliyyətlərini onlayn rejimdə davam etdirməyə qərar veriblər. İndi sosial şəbəkə vasitəsilə onlardan bəzilərinin tamaşalarını izləmək mümkündür. Bəzi aktyorlar da məşqi dayandırmayıblar.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 30 mart — Sputnik. Paytaxt Bakıda fəaliyyət göstərən ölkənin aparıcı teatrlarının bir qismi tamaşalarını onlayn şəkildə teatrsevərlərə təqdim etmək barədə qərar verib. İlk bu təşəbbüsə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı qoşulub. Sputnik Azərbaycan onlayn yayımla bağlı məlumat əldə etmək üçün teatrın mətbuat katibi Cavid Zeynallı ilə əlaqə saxlayıb.

O bildirib ki, hazırkı vəziyyətdə çətinlik yoxdur: "Artıq üç tamaşa nümayiş etdirmişik. Yayım teatrımızın "Facebook" səhifəsi üzərindən edilir. Göstərilən səhnə əsərlərindən ikisi böyüklər üçündür. İlk olaraq 2002-ci ildə hazırlanan "Hamlet" tamaşasını yayımladıq.

Onlayn şəkildə vaxtilə repertuarda olan tamaşalarla yanaşı, yeni tamaşalar da nümayiş olunur. Yeni tamaşaları "Youtube" kanalımıza yerləşdirməmişik. Buna səbəb repertuarda olmalarıdır. İnanıram ki, teatrımızın tamaşaçıları üçün bu yayımlar maraqlı olacaq. Həm də müəyyən səbəbdən baxa bilmədikləri səhnə əsərlərini sosial şəbəkə vasitəsi ilə izləyəcəklər".

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti də ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması istiqamətində qoyulan bütün tələb və qaydalara ciddi şəkildə əməl edir. Bu haqda Sputnik Azərbaycan-a teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Əliqismət Lalayev söyləyib. Teatr dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə qoşulub: 

 Göygöl gölü - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycan təbiətinin gözəlliklərindən evdən çıxmadan həzz alın - VİDEO
"Teatr rəhbərliyi aylıq əmək haqqından könüllülük prinsipi əsasında ayırdığı vəsaiti ölkə başçısının "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Azərbaycan Respublikası Mədəniyyət naziri Əbülfəs Qarayevin mədəniyyət işçilərinə müraciətindən sonra teatrın kollektivi daha da aktiv fəaliyyətə keçib. Teatrımızın bütün kollektivi, xüsusilə də istedadlı gəncləri "Evdə qal" kampaniyasına qoşularaq çağırışlar edirlər.

Teatrımızın əməkdaşları, Əməkdar artistlər - Ələkbər Əliyev, Emin Əliyev ölkədə koronavirusla mübarizəni təbliğ edən müxtəlif reklam materiallarında təmənnasız olaraq çəkiliblər və koronavirusla mübarizədə öz dəstəklərini nümayiş etdiriblər. Bu gün də bütün televiziya kanallarında həmin reklam materialları yayımlanır. Nazirliyin Facebook səhifəsində tamaşalarımıza baxışlar keçirilir. Teatr rəhbərliyi tərəfindən imkansız, yaşı 65-dən yuxarı olanlarla telefonla tez-tez əlaqə saxlanılır və onların ehtiyacları ödənilir".

Tamaşalara gəlincə isə teatr direktoru bildirdi ki, 9 tamaşa üzərində hazırlıq işləri onlayn şəkildə aparılır: "Tamaşalarda məşğul olan aktyorlara tapşırıqlar verilir, onlar da öz növbəsində məşqlərin videosunu çəkərək bizə göndərirlər".

Танцоры Венского государственного балета на традиционном Венском оперном балу в Вене, Австрия - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Məşhur opera pulsuz oldu

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin Facebook səhifəsində digər teatrlarımızın, eləcə də bölgələrdə yerləşənlərin tamaşaları da yayımlanır. Həmçinin burada mədəniyyət və incəsənətlə bağlı ustad dərsləri, açıq dərslər verilir, muzeylər, kitabxanalar barədə məlumatlar paylaşılır, film nümayişləri keçirilir. 

Ölkənin ilk inklüziv ƏSA Teatrı da onlayn fəaliyyətə başlayaraq, #evdəbax kampaniyasına qoşulub.

Teatrın baş meneceri Nicat Qulamovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, ƏSA Teatrı repertuarındakı bütün tamaşalarını onlayn nümayiş etdirəcək. Tamaşaçılar ƏSA Teatrının tamaşa nümayişlərinin təqvim planı ilə teatrın rəsmi Facebook səhifəsində tanış ola bilərlər. Tamaşaların nümayişi canlı yayım vasitəsilə olunduğundan, əvvəlcədən təyin olunmuş saatda baş tutacaq.

Xəbər lenti
0