CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səhiyyə Nazirliyi spirtlə bağlı əhaliyə xəbərdarlıq etdi

© AR Ministry of EconomyTibbi spirt
Tibbi spirt - Sputnik Azərbaycan
Abunə olmaq
Adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir. Nazirliyin Analitik Ekspertiza Mərkəzi əhalini bu məsələdə diqqətli və ehtiyatlı olmağa çağırıb

BAKI, 30 mart — Sputnik. Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədi ilə istifadə olunması tövsiyə olunur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi vətəndaşlara müraciətində bildirilib.

Müraciətdə qeyd olunub ki, adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir.

Nazirliyin Analitik Ekspertiza Mərkəzi əhalini bu məsələdə diqqətli və ehtiyatlı olmağa çağırıb.

Xəbər lenti
0