CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə ərazisindəki faktiki hava

© Sputnik / Ilham MustafayevТуман в селе Чайкенд, фото из архива
Туман в селе Чайкенд, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sumqayıt, Daşkəsən, Göygöl, Şəmkir, Lerik, Sarıbaş, Balakən, Cəfərxan, Biləsuvarda duman müşahidə olunub.

BAKI, 30 mart — Sputnik. Martın 30-u gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, düşən yağıntının miqdarı Naxçıvanda 15, Sədərəkdə 11, Balakəndə 9, Sarıbaşda (Qax) 8, Zaqatalada 7, Şərur, Şahbuz, Ordubadda 6, Qəbələ, Ağdərədə (Ordubad) 4, Kişçay (Şəki), Şəmkir, Gədəbəy, Göygöldə 3, Lerik, Daşkəsən, Xınalıq, Gəncədə 2, Şəki, Şamaxı, Mərəzə, Quba, Xaltan, Tərtər, Bərdə, Beyləqan, Sabirabad, Cəfərxan, Biləsuvar, Neftçala, Lənkəran, Astara, Şahdağ, Tovuz, Ağstafa, Naftalanda 1, Bakıda 3, Zabrat, Maştağada 2 mm olub.

Sumqayıt, Daşkəsən, Göygöl, Şəmkir, Lerik, Sarıbaş, Balakən, Cəfərxan, Biləsuvarda duman müşahidə olunub.

Havanın temperaturu iqlim normasından 3.4 dərəcə yuxarı olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19 dərəcəyədək, aran rayonlarında 12-18, dağlıq rayonlarda 6 dərəcəyədək, Naxçıvan MR-da 8-14 dərəcə isti olub.

Xəbər lenti
0