Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Koronavirus "əzə-əzə" yayılır

© AP Photo / Richard Drew Нью-Йоркская фондовая биржа, фото из архива
 Нью-Йоркская фондовая биржа, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Çin iqtisadiyyatı virusun daha gec yayıldığı ərazilərə nisbətən daha tez bərpa olunacaq. IHS Markit Çin iqtisadiyyatının 2020-ci ildə cəmi 2% artacağını, 2021-ci ildə başqa regionlara nisbətən daha da yaxşılaşacağını proqnozlaşdırır

BAKI, 30 mart — Sputnik. Dünya iqtisadiyyatında yeni koronavirusla mübarizə tədbirlərinin yaratdığı resessiya sonuncu maliyyə böhranından da güclü olacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə IHS Markit tədqiqat və analitika şirkətinin mütəxəssisləri deyiblər.

Onlar  dünyanın bir çox bölgələrinin ÜDM-in inkişafı proqnozlarını iki həftə bundan əvvəlki göstəricilərə nisbətən ciddi şəkildə aşağı salıblar. Eyni zamanda qeyd ediblər ki, bundan sonrakı pisləşmə də "demək olar ki, qaçılmazdır".

"IHS Markit indi hesab edir ki, COVID-19-a görə yaranan resessiya 2008-2009-cu illərdəki maliyyə böhranının yaratdığı resessiyadan daha dərin olacaq. 2009-cu ildə 1.7%-lik çöküşlə müqayisədə 2020-ci ildə real qlobal ÜDM 2.8% düşəcək", - şirkətin məlumatında bildirilir.

Hələ iki həftə əvvəl elə bu analitiklər qlobal ÜDM-in bu il  0.7% artacağını istisna etməmişdilər. İndi isə ekspertlər gözləyirlər ki, ABŞ iqtisadiyyatı 5.4% azalacaq, əvvəl isə bu azalmanın 0,2% olacağını demişdilər.

Avrozonada ÜDM-in azalması 4,5%, İtaliyada - 6% və s. ola bilər. Mart ayında ekspertlət valyuta bloku iqtisadiyyatının bu il 1.5% azalacağını gözləyirdilər. Eyni zamanda, Avropada ÜDM-in azalmasının ən yüksək qiymətləri ikinci rübə təsadüf edə və sonuncu maliyyə böhranında qeydə alınandan daha pis həddə çata bilər.

2020-ci ildə Rusiyada ÜDM 3.4% azala bilər. Çində isə, ekspertlərin fikrincə, birinci rübdə iqtisadi aktivliyin azalması həddi ikirəqəmli göstərici ilə ölçülə bilər. O, virusun daha gec yayıldığı ərazilərə nisbətən daha tez bərpa olunacaq. IHS Markit Çin iqtisadiyyatının 2020-ci ildə cəmi 2% artacağını, 2021-ci ildə başqa regionlara nisbətən daha da yaxşılaşacağını proqnozlaşdırır. Şirkətin əvvəlki proqnozunda ÜDM-in artımı bu il üçün 3.9% göstərilirdi. 

IHS Markit digər bütün ölkə və regionlarda iqtisadi artımın 2021-ci ildə olacağını gözləyir və dünya iqtisadiyyatının 3.3% artacağını proqnozlaşdırır.

Xəbər lenti
0