İtaliya koronavirus kabusunda çırpınır

© REUTERS / JENNIFER LORENZINIСитуация в связи с эпидемиологической обстановкой в Италии
Ситуация в связи с эпидемиологической обстановкой в Италии - Sputnik Azərbaycan
Abunə olmaq
"Sağalanların sayı 1590 nəfər artaraq 14620 nəfər təşkil edib. Bu, epidemiyanın başlanğıcından rekord göstəricidir" - Ancelo Borrelli

BAKI, 30 mart — Sputnik. İtaliyada koronavirusa yoluxanların sayı artıq yüz mini ötüb. Bir gündə 812 nəfər ölüb. Dünyasını dəyişənlərin sayı ümumilikdə 11591 nəfərə çatıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə İtaliyanın Mülki Müdafiə naziri Ancelo Borrelli deyib.

"Bu günə olan məlumata görə, 75528 italyan yoluxub, bir sutka ərzində xəstələrin sayı 1648 nəfər artıb", - Borelli bazar ertəsi axşam deyib.

Son 13 gün ərzində yoluxanların sayı sutkada 3 mindən aşağı düşmürdü. Yəni sutka ərzində  yoluxanların sayının azalması martın 10-dan bəri ilk dəfədir.

"Sağalanların sayı 1590 nəfər artaraq 14620 nəfər təşkil edib. Bu, epidemiyanın başlanğıcından rekord göstəricidir", - Borrelli deyib.

Bazar günü 756 italyan koronavirusdan ölüb.

Ötən cümə isə ölənləri sayı antirekord vurmuşdu - 1 günə 969 nəfər.

Borrellinin sözlərinə görə, ölənlər və sağalanlarla birlikdə ümumi yoluxanların sayı 101.7 mini aşıb. Dünən isə bu rəqəm 97.6 min civarında idi.

Xəbər lenti
0