CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatdan təklif: kredit ödənilməsində üç ay müddətində güzəştlər olsun

© Sputnik / Murad OrujovКупюра номиналом в 100 AZN, фото из архива
Купюра номиналом в  100 AZN, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Eyni zamanda, bankların likvidliyinin qorunub saxlanılması üçün də Mərkəzi Bankın banklara aşağı faizli, mərkəzləşdirilmiş kreditlər təklif etməsi zəruridir"

BAKI, 30 mart — Sputnik. Milli Məclisin deputatı Vüqar Bayramov kreditlərə çıxış imkanlarının genişləndirilməsi və növbəti 3 ay müddətində kreditlərə güzəştin verilməsini təklif edib.

Sputnik Azərbaycan xəbər verir ki, deputat koronavirus pandemiyasının vətəndaşlarımızın gəlirlərinə birbaşa təsir göstərdiyini deyib.

O sahibkarlar və vətəndaşlar üçün 3 ay müddətində kredit ödənilməsində güzəştlər müəyyən edilməsini və yubanmalara görə faiz və cərimələr hesablanmamasını təklif edib: "Eyni zamanda, bankların likvidliyinin qorunub saxlanılması üçün də Mərkəzi Bankın banklara aşağı faizli, mərkəzləşdirilmiş kreditlər təklif etməsi zəruridir. Kreditlərə 3 aylıq güzəştin tətbiq edilməsi indiki halda bank müştəriləri olan vətəndaşlarımıza xüsusi dəstək olardı".

Xəbər lenti
0