CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daxili qoşunlar Sumqayıtda: bu, necə işləyir? - FOTO

© AR Ministry of Internal AffairsСотрудники полиции и внутренних войск
Сотрудники полиции и внутренних войск - Sputnik Azərbaycan
Abunə olmaq
Sumqayıt şəhərinin bütün nöqtələrində polis və daxili qoşunlarln şəxsi heyətindən  ibarət mobil qruplar vasitəsilə şəhərdə gündəlik olaraq əhalinin xüsusi karantin rejiminə əməl etməsinə nəzarət qətiyyətlə davam etdiriləcək

BAKI, 30 mart — Sputnik. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi davam edir.

İnfeksiyanın yayılması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən Sumqayıt şəhərində də sürücülər və sakinlər arasında profilaktik tədbirlər davam etdirilir.  Bu məqsədlə paytaxtla yanaşı, Sumqayıt şəhərində də xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Daxili  Qoşunlarının hərbi qulluqçuları da polislə birgə xidmətə cəlb ediliblər.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, şəxsi heyət təlimatlandırılandan sonra əhali arasında profilaktik tədbirlər daha da gücləndirilib. Sumqayıt şəhərinin bütün küçə və prospeklərində, park və xiyabanlarında xidmətə cəlb edilən polis və daxili qoşunların əməkdaşları insanları “evdə qal” kampaniyasına qoşulmağa səsləyiblər. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq xüsusi karantin qaydalarını pozan şəxslər barəsində isə qanun çərçivəsində tədbirlər görülüb.

Tədbir çərçivəsində Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən sürücülər saxlanılaraq onlarla profilaktrik söhbətlər aparılıb. Nəqliyyat vasitələrinin sahibləri nizam-intizama dəvət edilib. Onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb edilir. Lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək "evdə qal" kampaniyasına qoşulmaq tövsiyə olunur.

Qeyd edək ki, Sumqayıt şəhərinin bütün nöqtələrində xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarəti təmin etmək məqsədi ilə polis və daxili qoşunlarln şəxsi heyətindən  ibarət mobil qruplar vasitəsilə şəhərdə gündəlik olaraq əhalinin xüsusi karantin rejiminə əməl etməsinə nəzarət qətiyyətlə davam etdiriləcək. Nizam-intizami pozan şəxslər barəsində isə qanuni tədbirlərin görülməsi təmin olunacaq.

Xəbər lenti
0