CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılıb

© Sputnik / Aleksandr Kondratyuk / Mediabanka keçidОбследование пациента с использованием позитронно-эмиссионного томографа (ПЭТ), фото из архива
Обследование пациента с использованием позитронно-эмиссионного томографа (ПЭТ), фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Tibbi sığorta haqqında" qanuna dəyişikliyə baxılıb

BAKI, 30 mart — Sputnik. Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılıb.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Tibbi sığorta haqqında" qanuna dəyişikliyə baxılıb.

Mövcud qanunvericiliyə görə, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq edilməli idi.

Amma indi təklif edilən dəyişikliyə görə bu müddət 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0