CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda klinika karantinə bağlandı

© Photo : ATU-nin mətbuat xidmətiTədris Cərrahiyyə Klinikasında ürəyində 5 qüsuru olan 4 yaşında uşaq üzərində ağır ürək əməliyyatı
Tədris Cərrahiyyə Klinikasında ürəyində 5 qüsuru olan 4 yaşında uşaq üzərində ağır ürək əməliyyatı  - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz aprelin 1-dən etibarən karantin şəraitində çalışacağıq. Klinika digər xəstələrin qəbulu üçün bağlıdır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 mart — Sputnik. Azərbaycanda Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası koronavirus pandemiyası ilə əlaqədar karantinə bağlanıb. Bu barədə Sputnik Azərbaycan-a klinikaya müraciət edən xəstələr məlumat veriblər.

Sputnik Azərbaycan məlumatı dəqiqləşdirmək üçün klinika ilə əlaqə saxlayıb. Tədris Cərrahiyyə Klinikasından bildiriblər ki, klinika artıq xəstə qəbul etmir, karantinə bağlanıb: "Biz aprelin 1-dən etibarən karantin şəraitində çalışacağıq. Klinika digər xəstələrin qəbulu üçün bağlıdır".

Qeyd edək ki, bu gün ölkəmizdə daha 64 nəfər koronavirusa yoluxub.

Xəbər lenti
0