Ermənistanda koronavirusa yoluxanların sayı 482-ə çatdı

© REUTERS / BRIAN SNYDERMedical personnel swab an employee’s nose at a drive-through testing site for coronavirus for employees at UW Medical Center Northwest in Seattle, Washington
Medical personnel swab an employee’s nose at a drive-through testing site for coronavirus for employees at UW Medical Center Northwest in Seattle, Washington - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını "COVID-19" qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 30 mart — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 482 nəfərə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Xəstəliyə Nəzarət və Profilaktika Mərkəzi yayıb.

Məlumata əsasən bir sutka ərzində Ermənistanda 58 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 25-i karantində olan, 31-i isə virusa yoluxmuş şəxslə əlaqədə olan şəxslərdir. İki nəfərin yoluxma səbəbi isə araşdırılır

Qeyd olunur ki, bir sutka ərzində ölkədə 3 nəfər ölüb, daha 30 nəfər sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 700 min nəfəri keçib, 33 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını "COVID-19" qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0