CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaş məsuliyyətinin yoxluğu: Ekspress avtobuslar olduğu halda insanlar...

Abunə olmaq
Mais Ağayev: "Metroların yanında ekspress avtobuslar ola-ola sərnişinlər metroya minməyə üstünlük verirlər. M1 xətti üzrə avtobuslar metronun yanında gözləyir, sərnişinlər metroya düşür. Bu isə metroda sərnişin sıxlığı yaradır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 mart - Sputnik. Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı əsasında martın 29-dan etibarən Bakı metrosunun iş vaxtı beş saata endirilərək, səhər saat 07:00-dan 09:00-dək, axşam isə 17:00-dan 20:00-dək müəyyən edilib. Bu səbəbdən də əksər metrostansiyaların girişində sıxlıq müşahidə olunub. Halbuki, xüsusi karantin rejiminin gücləndirilməsi işləri çərçivəsində metrostansiyaların fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar, Bakı Nəqliyyat Agentliyi tərəfindən xüsusi ekspress marşrut xətləri təşkil edilib. Bu zaman sual doğuran məqamlardan biri sərnişinlərin metro əvəzinə bu ekspress marşrut avtobuslarından niyə istifadə etməməsidir.

Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Metrodan təcili yardıma müraciətlər artıbmı?

Sputnik Azərbaycan-ın sorğusuna cavabında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, metrostansiyaların çıxışlarında 7 ekspress marşrut üzrə avtobuslar sərnişinlərin xidmətindədir: "Çox təəssüf ki, metroların yanında ekspress avtobuslar ola-ola sərnişinlər metroya minməyə üstünlük verirlər. M1 xətti üzrə avtobuslar metronun yanında gözləyir, amma sərnişinlər metroya düşür. Bu isə metroda sərnişin sıxlığı yaradır".

M.Ağayev deyir ki, ekspress xətlər üzrə avtobuslar 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir: "M1 – xətti: 20 Yanvar m/st. - 3-cü mkr. dairəsi (M.Əcəmi m/st.) - Azadlıq pr. m/st. - Gənclik m/st - N.Nərimanov m/st. - Koroğlu m/st.- Q.Qarayev m/st.- Neftçilər m/st. - Xalqlar Dostluğu m/st. - Əhmədli m/st - H.Aslanov m/st. (ümumilikdə 11 m/st.), M2 – xətti: 20 Yanvar m/st. - İnşaatçılar m/st. - Elmlər Ak. m/st - Nizami m/st.- İçərişəhər m/st. - Sahil m/st. - 28 May m/st. - Gənclik m/st. - N.Nərimanov m/st. - Koroğlu m/st. - Q.Qarayev m/st. - Neftçilər m/st. - Xalqlar Dostluğu m/st. - Əhmədli m/st - H.Aslanov m/st. (ümumilikdə 15 m/st.) üzrə ekspress avtobuslar sərnişinlərin xidmətindədir".

Onun sözlərinə görə, bu marşrutlar üzrə sərnişindaşımalar "BakuBus" MMC-nin istismarında olan 30 ədəd (M1- 13 ədəd; M2 – 17 ədəd) böyüktutumlu (12 m) avtobuslarla həyata keçirilir. Hər iki xətt üzrə gediş haqqı 0.30 azn müəyyən edilib və ödəniş nağdsız formada "BakıKart"la aparılır. Bundan əlavə, bu gündən 5 əlavə xüsusi ekspress marşrut xətləri təşkil edilir. Məqsəd, ilk növbədə həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir.

Tibbi spirt - Sputnik Azərbaycan
CƏMİYYƏT
Maska və spirt qıtlığı barədə Operativ Qərargahdan açıqlama

Ağayev qeyd edib ki, təşkil edilən marşrutlar xəstəxanalar və karantin obyektlərini, eyni zamanda digər zəruri əraziləri əlaqələndirəcək. Marşrutlar üzrə "BakuBus" MMC-nin istismarında olan avtobuslar cəlb edilib. M3, M4, M5, M6 və M7 ekspres xətti üzrə avtobuslar 30.03.2020-ci il tarixindən xidmətə başlayıb. Ekspres xətt üzrə avtobuslar müəyyən edilmiş dayanacaqlarda dayanacaq və sərnişin təlabatına uyğun interval ilə xidmət göstərir.

"Təşkil olunacaq ekspres xətləri- M3 Koroğlu m/st – 28 May m/st,. M4 20 Yanvar m/st – S.Vurğun bağı, M5 Koroğlu m/st – 20 Yanvar m/st, M6 Əhmədli m/st – S.Vurğun bağı, M7 İnşaatçılar m/st –N.Nərimanov m/st üzrə sərnişin daşıyır. M3, M4, M5, M6 və M7 ekspres xətləri üzrə avtobuslar səhər saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Daha əvvəl təşkil olunan M1 və M2 ekspres xəttlərinin iş qrafiki isə (06:00-22:00) dəyişməz qalır", - deyən BNA sözçüsü, əlavə edib ki, müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti də adi rejimdə davam edəcək.

"Gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənəcəkdir. Sərnişinlərə zərurət olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edirik", - Ağayev əlavə edib.

Xəbər lenti
0