BAKI, 30 mart — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Hikmət Babaoğlu apteklərdə tibbi maskaların çatışmazlığı məsələsinə toxunub.
Sputnik Azərbaycan xəbər verir ki, deputat Azərbaycanda tibbi maskaların istehsalı ilə bağlı işlərin görüldüyünü deyib: "Tibbi maska təchizatı ilə bağlı hökumət tərəfindən iş aparılır. Seçicilər tərəfindən apteklərdə maska olmaması ilə bağlı müraciətlər edilir. Apteklərə gün ərzində 50-100 ədəd maska verilir və o da tələbatı ödəmir. Cənab Prezident İlham Əliyev bütün lazımi tədbirləri görür, xahiş edirəm aidiyyəti qurumlar da maska çatışmazlığı məsələsini diqqətdə saxlasınlar".