BAKI, 30 mart — Sputnik. Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında" qanun layihəsində əksini tapıb.
Hərbi çağırış müddətinin mayın 31-dək uzadılması təklif olunub.
Dəyişiklik səsə qoyularaq qəbul edilib.