CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zibillikdən yayılan video hər kəsi çaş-baş saldı: Cəlal İsayevdən maska ilə bağlı qadağa

© Sputnik / Evgeniy Epanchintsev / Mediabanka keçidМедицинская маска и перчатки на парте
Медицинская маска и перчатки на парте - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu maskaların apteklərə gedib çıxması da gözləniləndir. Bakıda olmasa da, rayonlarda, kənd yerərində belə maskalar satıla bilər" - Eyyub Hüseynov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 29 mart — Sputnik. Koronavirusun yayılması ilə əlaqədar olaraq əhali arasında maskaya tələbat artıb. Hələlik Azərbaycan maska istehsalçısı olmadığından idxaldan asılı vəziyyətdə qalıb, bu səbəbdən də bir çox hallarda apteklərdə maska qıtlığı müşahidə edilir.

Bütün bunların fonunda son günlərdə sosial şəbəkələrdə zibillikdən maska yığan şəxsin videosunun yayılması isə əhalidə narahatlığa səbəb olub: belə maskalar bizim əlimizə çata bilərmi?

Основатель Alibaba Джек Ма, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Çinli milyarderdən gözlənilməz qərar - bizi də "görəcək"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bu ehtimaldan danışıb: "Bu maskaların apteklərə gedib çıxması da gözləniləndir. Bakıda olmasa da, rayonlarda, kənd yerlərində belə maskalar satıla bilər. Yəni belə satışların rayonlarda, kənd yerlərində insanlara əldə satıla biləcəyi istisna olunmur. Bu səbəbdən də bütün hallarda alınan maskanı yaxşı yumaq, ütüləmək, sonra taxmaq lazımdır. Bundan başqa, maska alarkən diqqətli olmaq, iplərinin işlənmiş olub-olmamasına, əzilib-əzilməməsinə, təmiz olmasına diqqət yetirmək lazımdır".

O bildirib ki, belə halların baş verməməsi üçün maskanı tullamazdan öncə onu kəsib, yararsız hala salmaq lazımdır.

İşlənmiş maskaların apteklərə gedib çıxa bilmə ehtimalını araşdırmaq üçün Apteklər İdarəsi ilə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimiz cavabsız qaldı. Apteklərdən isə bildirildi ki, onlar da yayılan həmin videodan xəbərdardırlar: "Narahatlığa ehtiyac yoxdur. Biz əldən maska almırıq. Maskalar bizə depodan verilir".

Onu cəmi beş dəqiqəyə öldürmək olar – Koronavirus barədə yeni araşdırma>>

"Biz yalnız aptekdən maska almağı, əldən maska almamağı tövsiyə edirik", - deyə apteklərdən verilən məlumatda bildirilib.

Bəs maraqlıdır, maskaları yuduqdan sonra qoruyuculuq qabiliyyəti qalırmı?

Respublikanın baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb:

"Nə N95, nə də digər maskaları yumaq olar. Adi tənzif maskaları 2 saat istifadə etdikdən, N95 maskalarını isə 1 gün istifadə etdikdən sonra atmaq lazımdır. Onları yuyub təkrar istifadə etmək olmaz".

Bu arada Səhiyyə Nazirliyi tibbi maskalar barədə ümumi maarifləndirici məlumat yayıb. Məlumatda sterillik dərəcəsinə görə maskaların kateqoriyaları, istehlakçının konkret yaş qrupuna uyğun ölçülər üzrə bölgüsü, qoruyucu maskadan düzgün şəkildə necə istifadə etmək qaydası və s. ətraflı təsvir olunub.

Xəbər lenti
0