CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vergilərin ödənilməsi müddəti uzadıldı

© Sputnik / Murad OrujovНалоговый кодекс Азербайджанской Республики
Налоговый кодекс Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 31.03.2020-ci ildir

BAKI, 29 mart — Sputnik. Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, aksiz, yol, əlavə dəyər, hüquqi şəxslərin mənfəət və əmlak vergiləri, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 06.04.2020-ci il tarixə keçirilib.

Vergilər Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib ki, bu qərar ölkə ərazisində xüsusi əmək rejiminin tətbiq olunması ilə əlaqədardır.

Belə ki, Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə" qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.

Qeyd edək ki, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 31.03.2020-ci ildir. Bundan başqa, aksiz, yol vergisi və ƏDV bəyannamələri hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq vergi ödəyicilərinin qeydiyyatda olduqları vergi orqanına təqdim olunur və vergilər dövlət büdcəsinə ödənilir.

Xəbər lenti
0