BAKI, 29 mart — Sputnik. Qaydalara əməl etməyən 26 daşıyıcıya xəbərdarlıq edilib. Avtobusun salonundakı sıxlığın qarşısını almaq məqsədilə Operativ Qərargahın icrasını tələblərinə əməl edilməsi üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) müfəttişləri Respublika üzrə dayancaqlarda xidmət göstərirlər.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə qurumun mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, xidmətlər 11 regional bölmə üzrə keçirilir: "Ötən gün səhər saat 11-dən etibarən Bakı, Sumqayıt və Abşeron daxil olmaqla ölkə üzrə 11 regional bölmə üzrə avtobuslarda yoxlamalar başlanılıb. Nəqliyyat vasitəsinin salonunda sərnişinlərin ara məsafəsini qorumasını təmin etmək üçün DANX müfəttişləri dayanacaqlarda qadağanın icrasına nəzarət edir. Qaydaya əməl etməyən sürücülərə ilkin şəkildə yerində xəbərdarlıq edilir".