CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Amansız qətl: Anasını öldürüb qohumlarına xəbər verdi

© Sputnik / Murad OrujovМужчина с ножом, иллюстративное фото
Мужчина с ножом, иллюстративное фото - Sputnik Azərbaycan
Abunə olmaq
25 yaşlı gənc hadisəni törətdikdən sonra qohumlarına zəng edib, anasını qətlə yetirdiyini bildirib və evdən qaçıb

Leyla Abdullayeva, Sputnik  Azərbaycan

BAKI, 29 mart — Sputnik. Azərbaycanda oğul anasının boğazını kəsib.

Hadisə Qusarın Xürel kəndində baş verib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, dəhşətli qətl hadisəsi martın 27-si axşam saatlarında olub. 1995-ci il təvəllüdlü Nail Hacıağa oğlu Əhmədov 49 yaşlı anası Raifə Aydabəy qızı Əhmədovanın boğaz nahiyəsinə zərbələr endirərək öldürüb.

25 yaşlı gənc hadisəni törətdikdən sonra qohumlarına zəng edib, anasını qətlə yetirdiyini bildirib və evdən qaçıb.

Hadisə ilə bağlı Quba rayon polis əməkdaşları oğlanın axtarışını davam etdirirlər.

Anasını amansızcasına qətlə yetirən Nail Əhmədov anası ilə birlikdə yaşayıb. 10 il öncə onun atası dünyasını dəyişib.

Xəbər lenti
0