CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hələlik, arzum, xoş gördük, pulum: baş tutmayan səfərlərlə bağlı təskinlik

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidОтдыхающие на байдарках у одного из Мальдивских островов, фото из архива
Отдыхающие на байдарках у одного из Мальдивских островов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Zəmanətsiz rezervasiyanı hər an dayandırmaq mümkündür. Çünki buna görə turist pul ödəmir. Zəmanətli rezervasiyada isə turist pul ödəyir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan.

BAKI, 29 mart — Sputnik. Koronavirusun yayılmasına görə Azərbaycandan xaricə və əks istiqamətə erkən rezervasiyalar 100 faiz ləğv edilir.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Turizm Assosiasiyasının (AZTA) icraçı direktoru Əhməd Qurbanov məlumat verib. O bildirib ki, azərbaycanlılar xarici səyahətlərini təxirə salmağa başlayıblar. 

Туристы в Ичери Шехер - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hər şərdə bir xeyir var – Əvvəllər baxmadığımız yerə gözümüzü zilləmişik
Xaricdən Azərbaycana tur paket alanlar da ləğv üçün müraciət edirlər: "Hal-hazırda turizm şirkətləri, otellər erkən rezervasiyaların ləğvi ilə məşğuldurlar. Bizdə olan məlumata görə, bütün erkən rezervasiyalar ləğv edilir. Artıq ləğvetmə 100 faizə çatıb. Turizm şirkətləri və otellər ödənilən vəsaitin geri qaytarılması ilə məşğuldurlar. Koronavirusun yayılması təhlükəsi davam edir. Məlum olduğu kimi, əksər ölkələrlə sərhədlər bağlanıb, uçuşlar, quru və su nəqliyyatı dayandırılıb. Bu vəziyyətin nə vaxtadək davam edəcəyi sual altındadır. Ona görə də hətta avqust ayına olan rezervasiyalar da ləğv edilir. İnsanlar virusa yoluxmadan ehtiyat edərək səyahət planlarını təxirə salırlar”.

Turizm üzrə ekspert Müzəffər Ağakərimov da erkən rezervasiyaların ləğv olunduğunu söyləyib. Sputnik Azərbaycan-a danışan ekspert deyir ki, turizmin inkişaf etdiyi xarici ölkələrdə hər il qış mövsümündə yay turizminə endirimlər edilirdi: "Bu isə erkən rezervasiyalara marağı artırırdı. Azərbaycandan da xeyli sayda insan bu endirimlərdən yararlanırdı. Virusun yayılmasına görə artıq həmin şəxslər erkən rezervasiyalarını ləğv etdiriblər. Ölkəmizdə isə erkən rezervasiyalar əsasən beynəlxalq idman yarışlarına görə edilirdi. İdman yarışları dayandırıldığından, bizdə də erkən rezervasiyalar artıq ləğv edilir”.

M.Ağakərimovun sözlərinə görə, erkən rezervasiyaların ləğvində ödənilən vəsait fors-major halı olduğundan 100 faiz geri qaytarılır:

"Biri var, zəmanətli rezervasiya, biri də var, zəmanətsiz. Zəmanətsiz rezervasiyanı hər an dayandırmaq mümkündür. Çünki buna görə turist pul ödəmir. Zəmanətli rezervasiyada isə turist pul ödəyir. Fors-major halı olmadıqda pul depozitdən çıxılır. Amma indiki hal fors-majordur. Yəni depozitlə erkən rezervasiyalar ləğv olunduqda pul mütləq tam qaytarılmalıdır". 

M.Ağakərimov deyib ki, müharibə, terror, epidemiyalar fors-major hesab edilir. Beynəlxalq turizm qaydalarında qeyd olunub ki, belə hallarda turistlərin ödənişi cərimə tətbiq olunmadan geri qaytarılır.

Turizm şirkətlərindən Sputnik Azərbaycan-a verilən məlumata görə, indiyədək tur almış şəxslərin mütləq əksəriyyəti səyahət planlarını təxirə salmağa başlayıb.

“Gezz Travel” şirkətinin direktoru Füruzə Quliyeva deyir ki, yay mövsümü üçün erkən rezervasiyalar başlasa da, qarşıdakı aylar üçün tur alanların əksəriyyəti səyahətini təxirə salıb, onları geri qaytarır. Tur şirkətlərdən bunun əməkdaşlıq etdikləri aviaşirkətlərin uçuşları təxirə salması ilə izah etdilər.

Xəbər lenti
0