CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elçin Quliyev və Kəmaləddin Heydərov karantindəki şəxslərə baş çəkdilər

© State Border Service of Azerbaijan RepublicBuraxılış məntəqəsində vəziyyət
Buraxılış məntəqəsində vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşların karantində qalma şəraitləri və qidalanma vəziyyətinə baxış keçirilib, üzləşdikləri problemlərlə maraqlanılıb, xahiş və müraciətləri dinlənilib

BAKI, 29 mart — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Dövlət Sərhəd Xidməti­nin rəisi general-polkovnik Elçin Quliyev və Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiya Federasiyasından avtomobil yolu ilə ölkəyə gələrək zəruri sanitar-karantin tədbirlərinə cəlb olunmuş vətəndaşlarla görüşmək məqsədilə həmin ərazidə olub.

Bu barədə Sputnik Azərbaycan-a DSX-dan məlumat verilib.

Hazırda karantin şəraitində saxlanılan vətəndaşlarla görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında geniş məlumat verilib, əhalinin sağlamlığının qorunması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin vacibliyi izah olunub.

© State Border Service of Azerbaijan Republic
Buraxılış məntəqəsində vəziyyət - Sputnik Azərbaycan
1/5
© State Border Service of Azerbaijan RepublicQoruyucu kostyumda insan, arxiv şəkli
Buraxılış məntəqəsində vəziyyət - Sputnik Azərbaycan
2/5
Buraxılış məntəqəsində vəziyyət
© State Border Service of Azerbaijan Republic
Buraxılış məntəqəsində vəziyyət - Sputnik Azərbaycan
3/5
© State Border Service of Azerbaijan Republic
Buraxılış məntəqəsində vəziyyət - Sputnik Azərbaycan
4/5
© State Border Service of Azerbaijan Republic
Buraxılış məntəqəsində vəziyyət - Sputnik Azərbaycan
5/5
1/5
2/5
Buraxılış məntəqəsində vəziyyət
3/5
4/5
5/5

Vətəndaşların karantində qalma şəraitlərinə və qidalanma vəziyyətinə baxış keçirilib, üzləşdikləri problemlərlə maraqlanılıb, xahiş və müraciətləri dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə öz həllini tapması üçün tədbirlər görülüb. Karantin şəraitində yerləşdiriləcək şəxslər üçün əlavə ayrılmış yerlər və oradakı şərait öyrənilib, vətəndaşların və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilib, zəruri göstərişlər verilib.

Dövlət sərhədindən buraxılış məntəqəsində rejim tədbirlərinin təşkili vəziyyəti, ölkəyə gələn şəxslərin karantin ərazisinə təxliyə edilməsi məsələləri nəzərdən keçirilib, birgə fəaliyyətin yüksək səviyyədə təşkil olunması qeyd edilmiş və bu istiqamətdə aidiyyəti dövlət orqanlarının əməkdaşlığının daha da təkmilləşdirilməsi üzrə müvafiq tapşırıqlar verilib.

Xəbər lenti
0