CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir qurum distant xidmətə başladı

© REUTERS / VASILY FEDOSENKOДистанционная работа, фото из архива
Дистанционная работа, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün əməkdaşların fərdi kompüter və mobil telefonlarına distant müzakirələrə icazə verən müvafiq proqram təminatı əlavə edilib

BAKI, 29 mart — Sputnik. Koronavirus pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə aparılan təxirəsalınmaz tədbirlər çərçivəsində Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti aparatının (DANX), onun tabeli və yerli qurumlarının əməkdaşlarının iş rejiminin dəyişdirilməsi, habelə digər preventiv tədbirlərin gücləndirilməsi məqsədilə iclas və müşavirələrin onlayn rejimdə, audio və videokonfrans formatında keçirilməsinə başlanılıb.

DANX-dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumları sırasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bəzi tabeli qurumları, o cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidməti aparatı və 11 regional bölməsi mövcuddur.

Vəzifə funksiyalarını evdə yerinə yetirmələri mümkün olan işçilər də zərurət olduğu təqdirdə onlayn rejimdə işə cəlb olunacaqlar. Bu məqsədlə bütün əməkdaşların fərdi kompüter və mobil telefonlarına distant müzakirələrə icazə verən müvafiq proqram təminatı əlavə edilib.

Xəbər lenti
0