Çin bunu bacardı – Koronavirusun yayılmasının qarşısı alınıb

© AP Photo / Mark SchiefelbeinСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Martın 28-nə olan məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 3 mindən azdır", - deyə Mi Fen bu gün keçirilən brifinqdə qeyd edib.

BAKI, 29 mart — Sputnik. Koronavirus infeksiyasının Çin ərazisində yayılmasının qarşısını almaq mümkün olub. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Mi Fen bildirib.

Тест на коронавирус - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bir bu çatmırdı - Koronavirus yeni yolla yoluxa bilər

"Martın 28-nə olan məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 3 mindən azdır", - deyə Mi Fen bu gün keçirilən brifinqdə qeyd edib.

Qeyd edək ki, indiyədək Çində "COVID-19" virusuna 82 minə yaxın yoluxma halı qeydə alınıb. Məlumata əsasən virusa yoluxan 75576 nəfər sağalıb, 3300 nəfər isə ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 600 min nəfəri keçib, 31 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını "COVID-19" qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0