CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gündən Bakıya giriş dayandırılır

© Sputnik / Rahim MuradovRayonlararası postlar
Rayonlararası postlar - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda daimi işləyən, Bakıda qeydiyyatda olan şəxslər də Bakı, Sumqayıt və Abşerona buraxılmayacaqlar

BAKI, 29 mart — Sputnik. "Bu gündən Bakı qeydiyyatında olan, amma hazırda rayonda olan şəxslərin Bakıya girişi dayandırılır".

Bu barədə Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat katibi Kamran Əliyev məlumat verib.

O bildirib ki, yalnız istisna hal təşkil edən şəxslər Bakı, Sumqayıt və Abşerona buraxılacaqlar.

Bura sosial işçilər, kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul olan şəxslər misal ola bilərlər.

Amma Bakıda daimi işləyən, Bakıda qeydiyyatda olan şəxslər də Bakı, Sumqayıt və Abşerona buraxılmayacaqlar.

"Əvvəlcədən əhaliyə elan edilmişdi ki, pandemiya var, ölkədə yayılma riski böyükdür. Buna görə də bayram üçün rayonlara getməsinlər. Daha sonra da onlara geri qayıtmaq üçün martın 28-dək vaxt verilmişdi. Artıq hər bir rayonun çıxışında postlar qurulduğu, rayonlararası nəqliyyatın hərəkəti dayandırıldığı üçün həmin şəxslər karantin rejimi müddətində olduqları yerdə qalmalıdırlar. Həmin şəxslər şəxsi maşınları ilə də Bakıya buraxılmayacaqlar. Çünki bütün növ nəqliyyat vasitələrinin hərəkəti rayonlararası dayandırılır", - deyə Əliyev vurğulayıb.

Onun sözlərinə görə, rayonların çıxışında postların qurulmasından sonra əvvəldən Ələt qəsəbəsi, Şamaxı yolu və Quba yolu üzərində qurulan postlara çox az avtomobil gəlir.

Belə ki, artıq bu postların iş yükü azalıb, həmin postlardan maşınların geri qaytarılması halları müşahidə olunmur. Çünki bu postlara rayon postlarından buraxılan istisna hal təşkil edən avtomobillər gəlib çıxır.

Xəbər lenti
0