CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Virusun da “xeyri” varmış – Bakıda hava ciddi şəkildə təmizlənib

© Official website of President of Azerbaijan RepublicВид на Пламенные башни в Баку
Вид на Пламенные башни в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Belə nəticələr digər ölkələrdə də qeydə alınıb. Bu, təsdiq edir ki, zərərli tullantıların atmosferə atılmasının azaldılması havanın təmizlənməsi ilə nəticələnir

BAKI, 29 mart — Sputnik. "Pandemiyanın havanın keyfiyyətinə təsiri barədə sualın qoyuluşunu korrekt hesab etmirik. Biz həmişə atmosferə atılan tullantıların azaldılması ilə bağlı çağırışlar etmişik. İstər bu nəqliyyatdan və ya sənaye müəssisələrindən atılan tullantı qazları olsun, istərsə də müasir təmizləyici qurğulardan istifadə etməyən ictimai-iaşə obyektləri olsun".

Пациент с аппаратом искусственной вентиляции лёгких (ИВЛ), фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Koronavirusa yoluxanların sayı artdı – Daha 27 xəstə tapıldı

Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva “pandemiya atmosfer havasının keyfiyyətinə təsir edibmi” sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu istiqamətdə fəal təbliğat işləri aparılır: "Leyla xanım Əliyevanın təşəbbüsü ilə “avtomobilsiz bazar günü” devizi altında  keçirilən aksiya hamının yaxşı yadındadır. Bəzi pessimistlər bu yolla havanın təmizlənməsinə şübhə ilə yanaşırdılar. Lakin gördüyünüz kimi, bu gün avtomobillərin sayının azalması nəticəsində paytaxtda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizlənib. Belə nəticələr digər ölkələrdə də qeydə alınıb. Bu, bir daha belə sadə fikri təsdiq edir ki, zərərli tullantıların atmosferə atılmasının azaldılması havanın təmizlənməsi ilə nəticələnir".

Xəbər lenti
0