CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fırıldaqçılar yenə iş başında: Pul istəsələr, verməyin

© Sputnik / Murad OrujovДезинфекция центральных улиц Баку
Дезинфекция центральных улиц Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Şəhər İcra Hakimiyyəti belə hallar mövcud olduğu təqdirdə, hüquq-mühafizə orqanlarına və ya  qaynar xəttə - (012) 492-63-11 müraciət edilməsini xahiş edir

BAKI, 29 mart — Sputnik. Bəzi şəxslər özlərini Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edərək paytaxtda pullu dezinfeksiya işləri təklif edirlər.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, son günlərdə paytaxt rayonlarında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan dezinfeksiya işləri zamanı bəzi şəxslərin özlərini icra hakimiyyəti strukturlarının işçiləri kimi təqdim etməyə çalışaraq pullu xidmətlər göstərməyə cəhd etmələri barədə məlumatlar daxil olur:

"Bildiririk ki, dövlət balansında olan binalarda, binaların bloklarında, liftlərdə, həyətlərdə və ümumi istifadə yerlərində dezinfeksiya işləri dövlət vəsaiti hesabına aparılır və bunun üçün heç bir vəsait tələb edilə bilməz".

Bakı Şəhər İcra Hakimiyyəti belə hallar mövcud olduğu təqdirdə, hüquq-mühafizə orqanlarına və ya qaynar xəttə - (012) 492-63-11 müraciət edilməsini xahiş edir.

Xəbər lenti
0