Normallaşmanın işartıları - Çin İspaniyaya "adına layiq" virus testləri göndərib

© REUTERS / Dado RuvicТест на коронавирус
Тест на коронавирус - Sputnik Azərbaycan
Abunə olmaq
Çinin İspaniyadakı səfirliyi, sözügedən Bioeasy şirkətinin bu növ məhsulların satışı üçün lisenziyaya malik olmadığını bildirib.

BAKI, 27 mart — Sputnik. İspaniyanın Səhiyyə Nazirliyi COVID-19 virusunun aşkarlanması üçün nəzərdə tutulan 9 min ekspress-testi qeyri-dəqiq olması səbəbindən istehsalçı Çin şirkətinə geri qaytarıb. Çin hökuməti isə sözügedən şirkətin həmin testlərin istehsalı üçün müvafiq lisenziyaya malik olmadığını bildirib.

"Bu testin xüsusiyyətləri keyfiyyət sertifikatlarında göstərilənlərə uyğun deyil, buna görə partiyanı geri qaytardıq və şirkət onları əvəz edəcək", - İspaniya Səhiyyə Nazirliyinin Fövqəladə Hallar və xəbərdarlıq Koordinasiya Mərkəzinin direktoru Fernando Simon bildirib

İspan hökumətinin sifarişi ilə gələn ilk partiyada testin həssaslığı 80% olmaq əvəzinə cəmi 30% olub.  Ümumilikdə, ispan hökuməti bu firmaya 340 min test sifariş edib.

Çinin İspaniyadakı səfirliyi, sözügedən Bioeasy şirkətinin bu növ məhsulların satışı üçün lisenziyaya malik olmadığını bildirib. "Shenzhen Bioeasy Biotechnology şirkəti öz məhsullarını satmaq üçün Çin Milli Dərman Vasitələri Administrasiyasının rəsmi lisenziyasını almayıb", - deyə Çin səfirliyinin məlumatında bildirilir.

Daha əvvəl İspaniya 432 milyon avro dəyərində tibbi ləvazımatların, o cümlədən 550 milyon cərrahi və tənəffüs qoruyucu maskaların, 5,5 milyon ekspres-testin, 950 ağ ciyər süni ventilyasiya aparatının və 11 milyon əlcəyin alınması üçün Çin hökuməti ilə müqavilə imzalayıb.

Ekspress-testlərin nəticələri bir neçə dəqiqədən sonra məlum olur.

Son günlərdə İspaniya hökuməti xaricdən çoxlu sayda tibbi məhsul, o cümlədən artıq müstəqil icmalara paylamağa başlanılan 640 min sürətli test alıb.

Qurbanların sayına və koronavirus infeksiyasına yoluxma hallarının aşkarlanmasına görə İspaniya İtaliyadan sonra Avropada ikinci yerdədir. Martın 26-da 56 mindən çox yoluxma hadisəsi aşkar edilib, dörd mindən çox insan dünyasını dəyişib.

Xəbər lenti
0