CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah da əsl yaz havası olacaq

© Sputnik / Murad OrujovСолнечная погода в Баку
Солнечная погода в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90, gündüz 55-60 faiz olacaq.

BAKI, 27 mart — Sputnik. Martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 12-16, Bakıda gecə 5-7, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacaq.

Xəbər lenti
0