BAKI, 27 mart — Sputnik. Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, fərmanla "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə" təsdiq edilib:
"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti haqqında Əsasnamə" təsdiq edilib.
"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnamə" təsdiq edilib.
"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti haqqında Əsasnamə" təsdiq edilib.
"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti haqqında Əsasnamə" təsdiq edilib.
"Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi" təsdiq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının işçilərinin say həddi 165 ştat vahidi, regional orqanlarının və yerli bölmələrinin işçilərinin say həddi 506 ştat vahidi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Aparatının işçilərinin say həddi 55 ştat vahidi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Aparatının işçilərinin say həddi 40 ştat vahidi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Aparatının işçilərinin say həddi 40 ştat vahidi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Aparatının işçilərinin say həddi 36 ştat vahidi müəyyən edilib.