CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metropoliten nümayəndəsi də dilə gəldi

© Sputnik / Anar MustafayevПоезд на станции Эльмляр Академиясы Бакинского метрополитена
Поезд на станции Эльмляр Академиясы Бакинского метрополитена - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər Kabinetinin 23 mart tarixli qərarına və tövsiyələrinə ciddi əməl edin. Bir-birinizlə ara məsafəsinə əməl edin, bu məsələdə diqqətli olun

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 27 mart — Sputnik. "Hazırda metro işləyir. Lakin sərnişinlərə müraciət edərək onları evdən çıxmamağa səsləyirik".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O insanları həmrəyliyə səsləyib: "Özünüz, yaxınlarınız və digərlərinin naminə həmrəylik göstərin, özünütəcrid qaydalarına əməl edin. Metrodan az, yalnız kəskin zərurət yarananda, istifadə edin.

Nazirlər Kabinetinin 23 mart tarixli qərarına və tövsiyələrinə ciddi əməl edin. Bir-birinizlə ara məsafəsinə əməl edin, bu məsələdə diqqətli olun".

Xəbər lenti
0