CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik rəsmisi : Evdə qalın...

CC0 / mentatdgt / childРебенок, фото из архива
Ребенок, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Valideynlərə həm özlərinin, həm də uşaqlarının sağlamlığı üçün "Evdə qalın" çağırışı ilə müraciət edən nazirlik rəsmisi əlavə edib ki, insanlar real təhlükənin mövcud olduğunu başa düşməlidirlər.

BAKI, 26 mart — Sputnik. "Təəssüf edirik ki, bəzi valideynlər məktəblərin bağlanmasını bayram kimi qəbul edərək uşaqları ilə gəzməyə gedirlər, bununla da həm özlərinin, həm də övladlarının həyatlarını təhlükəyə atırlar".

Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, valideynlərə həm özlərinin, həm də uşaqlarının sağlamlığının təhlükəsizliyi üçün "Evdə qalın" çağırışı ilə müraciət edən nazirlik rəsmisi əlavə edib ki, insanlar real təhlükənin mövcud olduğunu başa düşməlidirlər.

Belə ki, insanlar koronavirusla bağlı çağırışlara əhəmiyyət verməlidirlər. Hər bir kəs dərk etməlidir ki, hazırkı şəraitdə evdə qalmaq bizim, eləcə də uşaqlarımızın təhlükəsizliyi üçün olduqca vacibdir.

"Buna görə də hər kəsə müraciət edərək deyirəm ki, evdə qalın". Məktəblərdə tədrisin dayandırılmasına baxmayaraq, uşaqlar evdə dərslərini oxuya, öz bilik və bacarıqlarını təkmilləşdirə bilərlər" - deyən Valehov əlavə edib ki, "Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Bu dərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

"Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı "Facebook" səhifəsindən də izləmək imkanı əldə edə bilərlər.

Xəbər lenti
0