Ərdoğan Türkiyəyə səsləndi - Qorxmayın, 165 minlik ordumuz var

© Sputnik / Sergey Guneev / Mediabanka keçidПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Hər vətəndaşımızın canı bizim üçün dəyərlidir. Bunun üçün evdə qalın, təmizliyə üstünlük verin. Bayırda olduğunuz zaman mütləq dezinfeksiya olunun"

BAKI, 25 mart — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan koronavirus epidemiyası ilə əlaqədar ölkəsinin vətəndaşlarına televiziya vasitəsilə müraciət edib.

Sputnik Azərbaycan bildirir ki, Türkiyə lideri yanvarın 20-dən etibarən ölümcül virusa qarşı tədbirlər görməyə başladıqlarını deyib.

O, ölkənin Səhiyyə Nazirliyi və özəl sektorda çalışan 165 min nəfərlik nəhəng tibb ordusuna malik olduğunu dilə gətirib. Ərdoğanın sözlərinə görə, yaxın günlərdə daha 32 min tibb işçisinin bu sıralara qatılacağına çalışırlar. Səhiyyə sektorunda lazımlı olan bütün məhsullardan heç bir qıtlıq çəkməyəcəklərini deyən Türkiyə Prezidenti bütün senarilərə hazır olduqlarını, qısa zaman ərzində çətinliklərdən qurtulacaqlarını deyib. Onun sözlərinə görə, 79 ölkə Türkiyədən koronavirusa görə yardım istəyib və bacardıqları qədər onlara kömək edilib. 

Türkiyə lideri koronavirus pandemiyasının iqtisadiyyata vurduğu zərəri önləmək üçün 100 milyard lirəlik paket hazırladıqlarını, minimal təqaüdü 1500 TL-yə qaldırdıqlarını, Ramazan bayramı münasibətilə ayrılan mükafatların aprel ayının əvvəlində veriləcəyini bildirib.

R.T.Ərdoğan koronavirusla mübarizə çərçivəsində xüsusilə yaşlı insanlara səslənib, evdə qalmaq tələbinə qarşı anlayışlı olmalarını rica edib. “Evdə qal, Türkiyə”, - deyən Prezident sosial məsafənin qorunmasına da diqqət çəkib.

"Təəssüf ki, 44 insanı xəstəlik səbəbindən itirdik. Əziz millətim, bu virus daha çox yaşlı və xroniki xəstələrə pis təsir edir, ona görə könüllü olaraq, özünütəcridə riayət edin. Hər vətəndaşımızın canı bizim üçün dəyərlidir. Bunun üçün evdə qalın, təmizliyə üstünlük verin. Bayırda olduğunuz zaman mütləq dezinfeksiya olunun” , - deyə Ərdoğan Türkiyəyə səslənib.

Xəbər lenti
0