CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Geriyə baxma, qoca" - Bakı küçələrindən VİDEO

© AR Ministry of Internal AffairsСтарики-разбойники
Старики-разбойники - Sputnik Azərbaycan
Abunə olmaq
Polis əməkdaşları park və xiyabanlarda xüsusi karantin rejiminə əməl etməyən yaşı 65-dən yuxarı şəxslərlə profilaktik söhbətlər apararaq onlara xəbərdarlıq ediblər

BAKI, 24 mart — Sputnik. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, polis işçiləri Bakının park və xiyabanlarında profilaktik reydlər keçiriblər.

Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, karantin rejimində digər zəruri tədbirlərlə yanaşı, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət isə Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə olunub.

Təəssüf ki, reyd zamanı karantin rejiminə əməl etmək istəməyən, yaşı 65-dən yuxarı olan sakinlərə təsadüf olunub.  Onlarla profilaktik söhbətlər edilib, Nazirlər Kabinetinin müvafiq qərarı  barədə məlumat verilərək xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan ötrü evdən çıxmamaq barədə xəbərdarlıq edilib.

Bundan sonra yaşı 65-dən yuxarı şəxslər polis əməkdaşları tərəfindən yaşadıqları ünvanlara qədər müşayiət ediliblər.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər tətbiq edilməkdədir. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün 24 mart 2020-ci il saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan edilib.

Xəbər lenti
0